Heili Stinfild doğuşdan sonra ilk dəfə  qırmızı xalçada göründü
16 avqust 2026 08:41 (UTC +04:00)

Heili Stinfild doğuşdan sonra ilk dəfə qırmızı xalçada göründü

0

Heili Stinfild qızı Harper Heizi Allen dünyaya gəldikdən sonra ilk dəfə böyük tədbirdə qırmızı xalçaya çıxıb.

Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.

29 yaşlı aktrisa Disney-in D23 tədbirində iştirak edib. O, burada yeni animasiya filmi “Hexed”i təqdim edib. Stinfild tədbirdə qara palto, ağ köynək, cins şalvar və qara ayaqqabıdan ibarət sadə, lakin diqqətçəkən obraz seçib.

Aktrisa və həyat yoldaşı, NFL ulduzu Coş Allen aprel ayında ilk övladlarını dünyaya gətiriblər. Bu, Stinfildin ana olduqdan sonra ictimaiyyət qarşısında ilk böyük görünüşü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar