Lif çatışmazlığında bağırsaq bakteriyaları  orqanizmi yeməyə başlayır
17 avqust 2026 07:48 (UTC +04:00)

Lif çatışmazlığında bağırsaq bakteriyaları orqanizmi yeməyə başlayır

0

Yeni araşdırma qidalanma ilə bağırsaq mikrobiomu arasında mühüm əlaqəni ortaya çıxarıb.

Lent.az xəbər verir ki, alimlərin fikrincə, qida rasionunda lif və bəzi bitki mənşəli maddələr kifayət qədər olmadıqda bağırsaq bakteriyaları enerji mənbəyi kimi bağırsağı qoruyan selik təbəqəsindəki zülallardan istifadə etməyə başlaya bilər.

Bu selik təbəqəsi bağırsaq divarını qoruyan mühüm baryerdir. Onun zəifləməsi bağırsağın müdafiəsinin pozulmasına və müxtəlif sağlamlıq problemləri riskinin artmasına səbəb ola bilər.

Tədqiqat nəticələri liflə zəngin qidaların bağırsaq sağlamlığı üçün əhəmiyyətini bir daha göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar