Avtobus dərəyə aşdı, 30 nəfər... - FOTO
04 fevral 2023 21:46 (UTC +04:00)

Avtobus dərəyə aşdı, 30 nəfər... - FOTO

Türkiyədə qarlı hava ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buzlamasına görə idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

# 1224
avatar

Oxşar yazılar