Axtarışda olan şəxs nahar üçün polislərin restoranına  gəldi
01 sentyabr 2026 13:48 (UTC +04:00)

Axtarışda olan şəxs nahar üçün polislərin restoranına gəldi

0

ABŞ-da polis əməkdaşları axtarışda olan cinayətkarla nahar zamanı təsadüfən qarşılaşıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, polislər daim getdikləri restoranda əvvəllər iki dəfə saxlamağa çalışdığı şəxslə rastlaşıblar.

Kişi şərti vaxtından əvvəl azadlığa buraxılma qaydalarını pozduğuna görə axtarışda olub. O, bundan əvvəl iki dəfə polisdən qaçmağa müvəffəq olmuşdu.

Bu dəfə isə polis əməkdaşlarının xüsusi əməliyyat keçirməsinə ehtiyac qalmayıb. Onlar dərhal ayağa qalxaraq axtarışda olan şəxsin arxasınca qaçıblar və qısa müddətdə onu saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar