Monteneqronun Ədliyyə Nazirliyi azərbaycanlı milyonçu Telman İsmayılovun ekstraditsiaysı ilə bağlı heç bir sorğu almayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə adıgedən nazirlik xəbər yayıb.
“Hazırda Ədliyyə nazirliyinə bu haqda heç bir sorğu daxil olmayıb. Sorğu alınacağı təqdirdə qanunvericiliyə uyğun hərəkət ediləcək”, deyə bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Baş Prokurorluğu azərbaycanlı biznesmen Telman İsmayılovun bu ölkəyə təhvil verilməsi üçün Monteneqroya sorğu göndərməsi xəbəri yayılmışdı. Məlumatda İsmayılovla bağlı müvafiq sənədlərin bu ölkənin Ədliyyə nazirliyinə təhvil verildiyi bildirildi.
Məlumata görə, İsmayılov sifarişli qətllərdə ittiham olunur. İddiaya görə, o, qardaşları Rafiq və Vaqiflə birgə iş adamları Vladimir Savkin və Yuri Brıleyovun qətlini təşkil edibmiş.

Azərbaycanlı milyonçunun taleyi sual altında: Sorğu göndərilməyib...
Oxşar yazılar

İranda kimya zavodunda yanğın-VİDEO
3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var
3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb
3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN: 5 nəfər öldü
3 avqust 2025 , 05:37
Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36