Hindistanda səkkiz yaşlı qızın gözləri çıxarılaraq ritual naminə vəhşicəsinə qətlə yetirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, saxlanılanlardan birinin ifadəsinə görə, o, sehrlə məşğuldur. O, əmindir ki, arvadının uşaqsalmanın qarşısını almaq üçün günahsız bir qızın qanı və gözləri ilə müqəddəsləşdirilmiş amulet taxması lazımdır.
Uşağın cəsədi üzərində gözlərin çıxarılması da daxil olmaqla işgəncə izləri ilə 9 avqustda polis tərəfindən aşkar edilib. Cinayətkarlar bədənin üzünü tanınmaz hala salaraq bu dəhşətli əməlin izlərini gizlətməyə çalışıblar.
Hüquq-mühafizə orqanlarının operativ işi sayəsində oğurluq və qətldə birbaşa iştirak edən üç şübhəli saxlanılıb. Bu şokedici iş üzrə istintaq davam edir.