Baş nazirin avtomobili oğurlandı
13 sentyabr 2025 18:23 (UTC +04:00)

Baş nazirin avtomobili oğurlandı

0

Polşa hüquq-mühafizə orqanları baş nazir Donald Tuskun ailəsinə məxsus “Lexus” markalı avtomobilin oğurluğunda şübhəli bilinən bir nəfəri saxlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, oğru 13 sentyabr səhər saat 6-da Qdansk hava limanında, Bolqarıstana uçmazdan əvvəl saxlanılıb.

Məlumata görə, o, saxlanılarkən müqavimət göstərməyib. Onun Polşa vətəndaşı, 41 yaşlı Sopot sakini olduğu müəyyən edilib. Şübhəli polis şöbəsinə aparılıb.

Saxlanılan şəxsin əvvəllər də dələduzluq və sağlamlığa xəsarət yetirmə kimi cinayətlərə görə məhkumluğu olduğu üzə çıxıb.

Qeyd etmək lazımdır ki, komissar Karina Kaminska sentyabrın 10-u axşam elan edib ki, avtomobil oğurluq barədə məlumat verildikdən bir neçə saat sonra Qdanskdakı dayanacaqda tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar