Vladimir Putin, Rusiya prezidenti, Co Bayden, ABŞ prezidenti
17 mart 2021 16:44 (UTC +04:00)

Vladimir Putin, Rusiya prezidenti, Co Bayden, ABŞ prezidenti

Bayden Putini HƏDƏLƏDİ: "Əvəzini ödəyəcək"

“Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək”.

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində deyib.

"O, bunun əvəzini ödəyəcək", - Co Bayden bildirib.

C. Bayden jurnalistin Rusiya prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına, "Siz tezliklə bunu görəcəksiniz" cavabını verib.

Bununla yanaşı, Bayden START nüvə sazişini yeniləmək kimi ABŞ və Rusiyanın birlikdə çalışmağa qarşılıqlı maraqlarının olduğu sahələrin mövcudluğunu bildirib.

"Biz uzun danışıqlar apardıq. Mən onu kifayət qədər yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Mən sizi tanıyıram, siz də məni. Əgər mən bilsəm ki, bu baş verib, hazır olun”. Təcrübəmdə xarici liderlərlə münasibətdə olan ən vacib şey, sadəcə, qarşındakını tanımaqdır", - Bayden vurğulayıb.

Vladimir Putin haqqında danışan ABŞ prezidenti əlavə edib ki, o, Rusiya liderinin ruhu olduğunu düşünmür.

Qeyd edək ki, ABŞ kəşfiyyatının martın 16-da açıqlanmış hesabatında Moskvanın 2020-ci ildə ABŞ-da keçirilmiş seçkiyə müdaxilə cəhdlərinin arxasında Rusiya prezidentinin dayandığı əksini tapıb. Lakin Rusiya tərəfi bu iddiaları əsassız adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2776

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23