Ukraynanın Xarkov şəhərində 49 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, qadınları fahişəliyə cəlb etməkdə günahkar bilinir. Məlumata görə, azərbaycanlı Xarkov vilayətində maddi imkanı zəif olan qadınları şirnikləndirərək Bəhreyn krallığına aparmaq istəyib. Məqsəd isə onları yerli mafiyaya sataraq seksual istismara məcbur etmək olub.
Plana görə, onun ələ aldığı 11 qadın Xarkovdan qatarla Kiyevə gəlməli, oradan isə aeroportdan təyyarə ilə Bəhreynin paytaxtı Manamaya uçmalı idilər. Amma Ukrayna Milli Polisinin əməkdaşları azərbaycanlını və qadınları aeroportda saxlayıb.
Məlumata görə, Azərbaycan vətəndaşı haqda 60 gün müddətində həbs qət imkan tədbiri seçilib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 7 ildən 12 ilə kimi həbs gözləyir.

Bəhreyndə qadın satmaq istəyən azərbaycanlı saxlanıldı: 11 nəfər ələ keçdi-FOTO
Oxşar yazılar

Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI
5 avqust 2025 , 10:30
Meksikada DƏHŞƏT: 32 parçalanmış meyit tapıldı
5 avqust 2025 , 05:57
ABŞ-da atışma: ölənlər var
5 avqust 2025 , 04:57
Uşaqlıq mühiti riskli qərarlarda beynin işləmə tərzinə təsir edir
5 avqust 2025 , 03:29
Britaniyada ən böyük siçovul tutuldu
5 avqust 2025 , 02:17
Kamçatkada güclü zəlzələ baş verdi
4 avqust 2025 , 22:51
Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı
4 avqust 2025 , 06:07