Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts
10 iyun 2021 18:00 (UTC +04:00)

Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts

Bill Qeytsin "qadın ovu" - Boşanmanın səbəbləri üzə çıxır... - FOTO

“Microsoft” qurucusu, dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts 27 illik həyat yoldaşı Melinda Qeyts ilə ayrılmağa qərar verib. Boşanma prosesi davam edərkən cütlük haqqında qalmaqallı iddialar səslənib.

Lent.az xarici mətbuata istinadən bildirir ki, bu haqda Qeytsin işçiləri məlumat yayıb.

Belə ki, Qeyts başqa xanımlarla görüşəndə fərqli maşınlardan istifadə edib. Bununla o diqqət çəkməkdən yayınmağa çalışıb. 

Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts

İddialara görə “Mercedes” markalı avtomobili ilə işə gələn Bill Qeyts köməkçisinin qızılı “Porsche” avtomobi ilə qadınlarla görüşüb.

Həyat yoldaşından şübhələnən Melinda Bil Qeytsi izləmək üçün xüsusi dedektiv tutub. Məlumata əsasən, Melinda dedektivin əldə etdiyi görüntüləri boşanma işində dəlil olaraq istifadə edəcək.

Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts

# 4827
avatar

Nigar Adil

Oxşar yazılar