4700 illik gəmi qəzası tapıldı – Dünyanın ən qədim batmış gəmisi ola bilər
31 oktyabr 2026 08:53 (UTC +04:00)

4700 illik gəmi qəzası tapıldı – Dünyanın ən qədim batmış gəmisi ola bilər

0

Türkiyə sahillərində aparılan arxeoloji tədqiqatlar zamanı təxminən 4700 il əvvələ aid gəmi qəzası aşkar edilib.

Lent.az xəbər verir ki, tapıntının dünyanın indiyədək məlum olan ən qədim gəmi qəzalarından biri, hətta ən qədimi ola biləcəyi bildirilir.

Dalğıclar dənizin dibində gəminin qalıqları ilə yanaşı, içərisində iri saxlama qabı olan keramika nümunələri də aşkarlayıblar.

Arxeoloqlar hesab edirlər ki, gəmi Tunc dövrünün əvvəllərində Aralıq dənizində mövcud olmuş ticarət əlaqələri barədə mühüm məlumatlar verə bilər.

Tapıntının tarixi təsdiqlənərsə, Şərqi Aralıq dənizində qədim ticarətin inkişafı ilə bağlı təsəvvürlər əhəmiyyətli dərəcədə dəyişə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar