Polşanın dövlət televiziyası Konstitusiya Məhkəməsi qarşısındakı hadisələrin   yayımını dayandırdı
31 oktyabr 2026 05:08 (UTC +04:00)

Polşanın dövlət televiziyası Konstitusiya Məhkəməsi qarşısındakı hadisələrin yayımını dayandırdı

0

Polşanın dövlətə məxsus “TVP Info” telekanalı Varşavada Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasının canlı yayımını dayandırıb.

Lent.az xəbər verir ki, kanal xüsusi yayımı gecə yarısından sonra adi proqram təkrarları ilə əvəz edib.

Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svençkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğvi üçün müraciət edib.

Bundan sonra məhkəmənin ətrafına əlavə polis qüvvələri cəlb olunub, etirazçılar isə binaya daxil olmağa çalışıblar.

Hadisələrə görə Prezident Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar