"İlk dəfə bu işi görməyə məcbur ediləndə, 15 yaşım vardı. Məktəbdən çıxıb, anam və nənəmin yolunu davam etdirməli oldum. Axı onlar da bu yolun yolçuları idilər”. 18 yaşlı Hanan deyir bunu “BBC Hindistan”a.
Hanan kimi çoxları Mumbayda (keçmiş Bombey) bədənlərini satır. Xüsusən də,
Kamatipura rayonunda.
Burda fahişələrin bir saatlıq xidməti 2-3 dollar arası dəyişir. Təbii, bu qiymət onların xidmətindən istifadə edən yerli sakinlərə aiddir. Avropalılara isə onlar qiymət oxuyurlar. Əgər “ağ adam”sansa, qiymət 500 rupiyə qədər (təxminən 10 manat) qalxır.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, buradakı bordellrədə 15-16, hətta 14 yaşlı qızlara belə rast gəlmək olar. Gündə bir neçə müştəiriyə xidmət edirlər. İş isə səhər 8-dən, gecə 12-ə qədərdir.
Burda veneroloji xəstəlik tapmamaq mümkün deyil. Hətta nə qədər qorunsan belə. Və ən dəhşətlisi odur ki, "sevgililərin" “görüş yerləri” də çirkli, rütubətli və iyrəncdi, sanki zibillikdi.
Buranın öz sutenyorları var. Hərəsinin də əlinin altında bir neçə “gözəlçə”.
Ən müsibəti odur ki, bəzi hallarda ata və ya qardaş da “aradüzəldənlik” edir.
Hanan kimi qızlar varlı kişilərdən tutmuş, yük maşını sürücülərinə qədər bir neçə müştəriyə xidmət edir gündə.
“18 yaşımda bunun nə qədər yanlış olduğunu başa düşmüşdüm və çox acıqlı idim. Amma nə edə bilərdim ki? Bu yolla pul qazanmasam, ailəm necə dolanardı?”
Hə, əslində bir qarın yemək üçün bədənlərini satır bu qadınlar. Və həm də ataları belə bilinməyən uşaqlar dünyaya gətirirlər...

Bir qarın yeməyə bədən satanlar: “Görüş yerləri” çirkli, iyrənc və zibillikdi
Oxşar yazılar

Çində helikopter faciəsi: 10 metrlik yüksəklikdən yerə çırpıldı
4 may 2025 , 04:32
Hindistanda sıxlıq: 6 ölü, 30 yaralı var
4 may 2025 , 03:27
“Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi oldu
4 may 2025 , 02:11
Netanyahunun Azərbaycana səfəri təxirə salındı
3 may 2025 , 21:36
Rusiya ordusu cəbhədəki itkilərə görə yeni rekorda imza atıb - Britaniya kəşfiyyatı
3 may 2025 , 19:05
Evdə qumbara partladıb özünü öldürdü
3 may 2025 , 17:53
Zelenski Putinin atəşkəs təklifini RƏDD ETDİ
3 may 2025 , 12:59