"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir:  Ali Məhkəməyə ŞİKAYƏT
14 oktyabr 2026 14:17 (UTC +04:00)

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

0

İtaliyanın “Yuventus” klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib.

Lent.az xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən davam edən mübahisə üzrə artıq üçüncü məhkəmə instansiyasıdır.

2024-cü ilin aprelində arbitraj məhkəməsi portuqaliyalı futbolçuya tələb etdiyi 19,6 milyon avronun yarısının – 9,8 milyon avronun, həmçinin faizlərin və indeksasiya məbləğinin ödənilməsi barədə qərar çıxarıb. 2026-cı ilin yanvarında Turin məhkəməsi “Yuventus”un etirazlarını rədd edərək bu qərarı qüvvədə saxlayıb. Klub isə israr edir ki, məhkəmə mübahisənin mahiyyətini deyil, yalnız arbitraj qərarının formal tərəflərini araşdırıb.

Xatırladaq ki, münaqişə COVID-19 pandemiyası dövründə başlayıb. 2021-ci ildə “Yuventus” rəhbərliyi Ronaldo ilə 19,5 milyon avronun ödənilməsinin təxirə salınması barədə razılığa gəlib. Bu razılaşma “Ronaldo sənədi” kimi tanınan sənəddə əks olunub. Həmin məbləğ klubun balansına daxil edilməyib, sənəd isə “Prizma” istintaqı çərçivəsində aparılan axtarış zamanı götürülüb. Bu istintaq klubun prezidenti Andrea Anyellinin və direktorlar şurasının istefasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar