Luis Hamilton və Kim Kardaşyan yeni FOTOLARLA  pərəstişkarlarını valeh etdilər
10 avqust 2026 19:20 (UTC +04:00)

Luis Hamilton və Kim Kardaşyan yeni FOTOLARLA pərəstişkarlarını valeh etdilər

0

Kim Kardaşyan və sevgilisi Luis Hamilton birlikdə çəkdirdikləri bir sıra fotoları paylaşaraq romantik münasibətlərinin gündən-günə gücləndiyini sübut ediblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 41 yaşlı “Formula -1” pilotu və SKIMS brendinin 45 yaşlı qurucusu 2025-ci ilin noyabr ayından bəri görüşürlər. Məşhur cütlük, xüsusən də Luisin yarış təqvimindən yay tətili keçirdiyi bir vaxtda, pərəstişkarlarını romantik anlar ilə sevindirməyə davam edir.

гк.jpg (43 KB)

Kim son “Instagram” paylaşımında həftəsinin necə keçdiyini gizlilik pərdəsini açaraq sevgilisi ilə bir sıra baxımlı selfilər paylaşıb.

гк1.jpg (66 KB)

Fotolardan birində cütlük eyni gündəlik kostyumlarda rahat şəkildə birlikdə əylənirlər.

Digər fotolarda Kim cazibədar görünüşlərdə - dərin dekolteli açıq-saçıq ağ qısa top və məşhur formasını vurğulayan çəhrayı-ağ mini bikinidə görünüb.

гк2.jpg (62 KB)

İyul ayında Silverstounda keçirilən Britaniya Qran-prisi zamanı Luis Hamilton sevgilisi haqqında nadir və şirin bir açıqlama verib.

Bir fanat sürücüdən birbaşa "Son vaxtlar daha xoşbəxt görünürsən. Səbəb nədir? Sevgiliniz varmı?" deyə soruşduqda, o, gülümsəyərək "Bəli, yaxşı sualdır! Əlbəttə ki, bu, Kimdir" cavabını verib.

гк3.jpg (91 KB)

Xatırladaq ki, cütlük artıq birlikdə ictimaiyyət qarşısına çıxıb - məsələn, iyun ayında Kim şəxsən nüfuzlu Monako Qran-prisində Luisə dəstək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar