Bu ölkə ayıları kütləvi şəkildə  məhv edir: 14 mindən çoxu  öldürülüb
29 avqust 2026 17:42 (UTC +04:00)

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

0

Yaponiyada insanlara ayı hücumlarının kəskin artması fonunda 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 14 mindən çox ayı məhv edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2025-ci il ərzində ayı hücumları nəticəsində 13 nəfər həyatını itirib. Ümumilikdə ötən il ölkədə 230-dan çox insan ayıların hücumuna məruz qalıb.

Belə hadisələr xüsusilə Yaponiyanın şimalındakı Akita və İvate prefekturalarında daha çox qeydə alınıb. Qida axtaran ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları getdikcə artıb.

Yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanları turistlərə ayılarla qarşılaşma təhlükəsi barədə xəbərdarlıq edir.

Problem fonunda Yaponiyada qeyri-adi müdafiə tədbirləri də ortaya çıxıb. Sığorta şirkətləri ayı hücumları ilə bağlı xüsusi sığorta məhsulları təklif etməyə başlayıb, küçələrdə isə təhlükə barədə xəbərdarlıq edən plakatlar yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar