Bu ölkədə 400 dəvəquşu  öldürüləcək
23 avqust 2025 12:41 (UTC +04:00)

Bu ölkədə 400 dəvəquşu öldürüləcək

Kanadada Britaniya Kolumbiyasında yerləşən bir fermada təxminən 400 dəvəquşu məhv ediləcək. Bu qərar apellyasiya məhkəməsinin əvvəlki hökmü qüvvədə saxlamasından sonra qəbul olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, qərar ötən il fermada baş verən quş qripi epidemiyası ilə bağlıdır. Hadisə nəticəsində onlarla quş tələf olmuşdu.

Fermanın sahibləri ötən ilin dekabrından bəri heyvanlarının həyatını qorumaq üçün mübarizə aparır, “Struslarımıza can verin” adlı kampaniya təşkil ediblər. Onlara ABŞ səhiyyə naziri Robert Kennedi də qoşularaq, quşların güllələnməsi qərarına yenidən baxılması üçün müraciət etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar