Bu ölkədə heç kim evlənmək istəmir
08 noyabr 2021 11:42 (UTC +04:00)

Bu ölkədə heç kim evlənmək istəmir

Yaponiyada yerli mütəxəssislər maraqlı araşdırma aparıblar.

Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırma zamanı yaponların evliliyə marağı öyrənilib. Məlum olub ki, sorğuda iştirak edən böyük əksəriyyət evlənmək istəmir. Buna səbəb onların günün çox hissəsini əmək fəaliyyətinə sərf etmələridir.

Araşdırmada qeyd olunur ki, Yaponiyada yalnız rahat yaşamaq fürsəti tapanlar evlənmək barədə düşünür. 20 yaşından çox olanlar, gününü iş üçün sərf edənlər ailə qurmaq marağında deyil.

Qeyd edək ki, dünyada ən çox işləyən və əmək fəaliyyətinə yer ayıran insanlar Yaponiyadadır. Ona görə də metroda, avtobusda, ofislərin gözləmə zallarında və digər yerlərdə. yuxuya gedən insanlar görmək mümkündür. 

# 5916
avatar

Mehman Nəbiyev

Oxşar yazılar