Bu ölkədə internet və telefonlar işləmədi
26 noyabr 2022 22:05 (UTC +04:00)

Bu ölkədə internet və telefonlar işləmədi

Qazaxıstanın paytaxtında internet və mobil rabitədə problemlər yaranıb.

Lent.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxstan" məlumat yayıb.

Rəsmi məlumata görə, səbəb kimi elektrik təchizatı avadanlığında qəzanın olduğu bildirilir.

Yerli vaxtla saat 19:00-dan 20:00-a qədər Astanada stasionar və mobil internet təxminən bir saat işləməyib.

Bəzi operatorlarla mobil rabitədə də fasilələr yaranıb.

Hazlrda problem aradan qaldırılıb.

# 1782
avatar

Oxşar yazılar