Bu ölkədə küçədə maska taxmaqdan  İMTİNA EDİLDİ
16 aprel 2021 10:14 (UTC +04:00)

Bu ölkədə küçədə maska taxmaqdan İMTİNA EDİLDİ

Peyvəndlərin koronavirus epidemiyasına qarşı mübarizədə inanılmaz bir müvəffəqiyyət gətirdiyi İsrail, karantin məhdudiyyətlərini yumşaltmağa davam edir - ölkə açıq havada maska taxmaq tələbini ləğv edir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, İsrailin səhiyyə naziri Yuliy Edelşteyn deyib ki, maskalar insanları koronavirusdan qorumaq üçün lazım idi. 

“Bizim həkimlərimiz belə qənaətə gəliblər ki, açıq havada artıq maska taxçmağa ehtiyac yoxdur, mən də həmin qərarı dəstəkləyirəm”, - nazir vurğulayıb. 

Buna baxmayaraq, qapalı məkanlarda maska taxmaq qüvvəsində qalır. 

Xatırladaq ki, COVID-19 ilə mübarizədəki müsbət tendensiya sayəsində İsrail xarici vətəndaşlar üçün sərhədlərin açılması üçün bir plan hazırlayıb. Bu, bir neçə mərhələdə baş verəcəkdir.

# 1827
avatar

Oxşar yazılar