Bunkerdən çıxdı:  Xamenei İsrail üzərində qələbədən  DANIŞDI
26 iyun 2025 14:43 (UTC +04:00)

Bunkerdən çıxdı: Xamenei İsrail üzərində qələbədən DANIŞDI

İranın ali dini lideri Ayətullah Əli Xamenei sosial şəbəkədə İsraillə 12 günlük qarşıdurmada "İslam Respublikasının qələbəsini" elan edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, X sosial şəbəkəsində bunları yazıb:

“Yalançı sionist rejim üzərində qələbə münasibətilə təbrik edirəm”.

Günlərdir davam edən sükutu pozan İranın dini lideri Xamenei İsrail və Amerika ilə apardıqları müharibədə qalib gəldiklərini bildirib: "Amerika rejimi sionist rejimin tamamilə məhv olacağını hiss etdiyi üçün birbaşa müharibəyə girdi. Lakin bu müharibədən heç nə qazanmadı. Burada da İslam Respublikası qalib gəldi və bunun müqabilində Amerikanın üzünə sərt sillə vurdu".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar