Çin Kubada ABŞ-ı  izləmək üçün   baza tikəcək
08 iyun 2023 18:09 (UTC +04:00)

Çin Kubada ABŞ-ı izləmək üçün baza tikəcək

Kuba və Çin ABŞ-a casusluq etmək üçün adada baza qurmaq üçün gizli razılaşma əldə ediblər. 

Lent.az bildirir ki, bu barədə iyunun 8-də Amerika kəşfiyyatındakı mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Mətbuat Kubada bir çox hərbi bazaların yerləşdiyi ABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə və ələ keçirməyə, həmçinin Amerika döyüş gəmilərinin hərəkətinə nəzarət etməyə imkan verən obyektin peyda olacağını yazır. Baza Florida ştatından təxminən 100 kilometr aralıda yerləşəcək. ABŞ rəsmiləri hesab edirlər ki, bu qurğu Çinə geniş spektrli informasiya kanallarının monitorinqini əhatə edən siqnal kəşfiyyatı aparmağa imkan verəcək.

Mənbələr iddia edir ki, Çin hakimiyyəti bazanın tikintisinə razılıq vermək müqabilində Kubaya bir neçə milyard dollar ödəyib.

Qəzet əlavə edir ki, yeni obyektlə bağlı kəşfiyyat məlumatları ABŞ prezidenti Co Baydenin administrasiyasında narahatlıq yaradıb. Bununla belə, ABŞ vəziyyəti diqqətlə izləyir və əks tədbirlər görməyə hazırdır.
 
 

# 1290
avatar

Oxşar yazılar

Tramp siyahıya düşə bilmədi

Tramp siyahıya düşə bilmədi

5 oktyabr 2023 , 03:37
Rusiyanın Xalq artisti öldü

Rusiyanın Xalq artisti öldü

5 oktyabr 2023 , 02:18
Məşhur aktyor xəstəxanalıq oldu

Məşhur aktyor xəstəxanalıq oldu

5 oktyabr 2023 , 01:49
Əfqan sərhədçisi  atəş açdı , ölənlər var

Əfqan sərhədçisi atəş açdı, ölənlər var

5 oktyabr 2023 , 01:19
Toyda bəyə bıçaqla hücum oldu

Toyda bəyə bıçaqla hücum oldu

4 oktyabr 2023 , 22:20
Daşqın 14 nəfərin   həyatına son qoydu

Daşqın 14 nəfərin həyatına son qoydu

4 oktyabr 2023 , 20:57
Dünyanın  ən təhlükəsiz   ölkələri - SİYAHI

Dünyanın ən təhlükəsiz ölkələri - SİYAHI

4 oktyabr 2023 , 19:39
Kadırov ölərsə, varisi də çox  yaşamayacaq   – EKSPERT

Kadırov ölərsə, varisi də çox yaşamayacaq – EKSPERT

4 oktyabr 2023 , 18:16