Çinin əhalisi son 10 ildə 72 milyon artıb
11 may 2021 13:35 (UTC +04:00)

Çinin əhalisi son 10 ildə 72 milyon artıb

Çinin əhalisinin sayı 1 milyard 411 milyon 780 min nəfərə çatıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, nəticədə 2010-cu illə müqayisədə 72 milyon nəfər, yaxud 5,38 faiz artıb. 

Statistik məlumatlara əsasən, həmin dövrdə əhalinin sayı orta hesabla ildə 0,53 faiz artıb. 

Bu ölkədəki əhalinin 723 milyon 339 min 956 nəfəri kişi, 688 milyon 438 min 768 nəfəri qadındır (müvafiq olaraq 51,24 və 48,76 faiz). 

Çinin yaşı 16-dan 59-a qədər olan əmək qabiliyyətli əhalisinin sayı 880 milyon nəfərdir. 

Bu ölkə əhalisinin orta yaş həddi 38,8-dir. 

Çin əhali sayına görə dünyada birinci sıradadır. Hindistan (1,389 milyard nəfər) bu ölkədən bir az geri qalır. Üçüncü sırada 331 milyon nəfərlə ABŞ-dır. 


 

# 2661
avatar

Oxşar yazılar