Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri  saxlanıldı
05 iyul 2025 11:23 (UTC +04:00)

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı

Adıyaman bələdiyyə başçısı Abdurrahman Tutdere, Adana Böyükşəhər bələdiyyə başçısı Zeydan Karalar, Antalya Böyükşəhər bələdiyyə başçısı Muhittin Böcek və Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin səhər saatlarında keçirilən əməliyyatlarda saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Cümhuriyyət Xalq Partiyasının bələdiyyələrini hədəf alan əməliyyatlar genişlənməkdə davam edir. Bu gün səhər saatlarında başlayan əməliyyatların hədəfi Adana və Antalya böyük bələdiyyələri ilə Adıyaman bələdiyyəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar