Daha bir diplomat Epşteyn sənədlərinin qurbanı oldu
01 fevral 2026 05:58 (UTC +04:00)

Daha bir diplomat Epşteyn sənədlərinin qurbanı oldu

0

Yeni dərc olunmuş Epşteyn sənədlərində Slovakiya baş naziri Robert Fitsonun xarici işlər və milli təhlükəsizlik üzrə müşaviri Miroslav Layçakın da adı keçib.

Lent.az xəbər verir ki, Slovakiya Xəbər Agentliyinin (TASR) məlumatına görə, Slovakiya müxalifət partiyaları yeni Epşteyn sənədlərində adı çəkildikdən sonra Layçakın istefasını tələb edən birgə bəyanat yayıblar.

Daha sonra Layçak istefa ərizəsini baş nazir Fitsoya təqdim edib və Fitso da onun istefasını qəbul edib.

Layçakın Epşteynlə yazışmalarının tez-tez şəxsi xarakter daşıdığı və bu söhbətlərin qadınlar və geosiyasi məsələlərdi də daxil olmaqla geniş mövzuları əhatə etdiyi bildirilir.

Epşteynin o vaxtlar Slovakiya xarici işlər naziri olan Layçakı evinə dəvət etdiyi də iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar