Vladimir Putin
28 fevral 2022 16:56 (UTC +04:00)

Vladimir Putin

Daha bir ölkə Putinin aktivlərini dondurdu

Daha bir ölkə Rusiyaya sanksiya tətbiq edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Yaponiya da Rusiyanın Ukraynadakı işğalçı addımlarını qəti şəkildə qınayıb. Buna görə də, hökumət Rusiya prezidenti Vladimir Putin və  digər məmurların bu ölkədəki aktivlərini dondurmaq qərarı verib. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ölkələrarası sabitliyin pozulmasına xidmət edir və bu beynəlxalq qanunlara ziddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3903
avatar

Mehman Nəbiyev

Oxşar yazılar