Dəməşqdə kilsədə TERROR:  25 nəfər öldü, onlarla yaralı var-VİDEO
22 iyun 2025 20:43 (UTC +04:00)

Dəməşqdə kilsədə TERROR: 25 nəfər öldü, onlarla yaralı var-VİDEO

Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.

Lent.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.

Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2120

Oxşar yazılar