Hindistanda dini bayramda baş vermiş izdiham nəticəsində 3 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.
Lent.az xəbər verir ki, Hindistanın şərqindəki Odişa əyalətinin Puri rayonunda “Ratha Yatra” festivalı başlayıb.
Məlumatına görə, bayram tədbirləri zamanı bir məbədin yaxınlığında toplaşan izdihamda 3 nəfər həlak olub.
İzdiham zamanı həmçinin 50-yə yaxın adamın yaralandığı, onlardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.