Yelena Maksimova
05 fevral 2023 15:31 (UTC +04:00)

Yelena Maksimova

“Dünya gözəli” seçildi-FOTO

Rusiya təmsilçisi ilk dəfə “Dünya gözəli” seçilib.

Lent.az-ın xəbərinə görə, Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında 2022-ci ilin “Dünya gözəli” seçilib.

Bu il beynəlxalq gözəllik müsabiqəsi 30 yanvar - 5 fevral tarixlərində Sofiya şəhərində keçirilib. Müsabiqənin fevralın 4-də keçirilən final mərhələsində 34 yaşlı Yelena Maksimova qalib olub.

Müsabiqənin finalında Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər 120 ölkənin təmsilçiləri iştirak ediblər. 2007-ci ildən keçirilən müsabiqədə ilk dəfə Rusiya təmsilçisi birinci yeri tutub.

Qeyd edək ki, iki uşaq anası olan Yelena Maksimova Udmurtiyanın Qıya kəndində anadan olub, hazırda İjevskdə dil mərkəzləri şəbəkəsinə rəhbərlik edir. 2021-ci ildə Rusiyada gözəllik müsabiqəsində ikinci yerin sahibi olub və bu da ona beynəlxalq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ verib.

# 3057
avatar

Oxşar yazılar