“Bavariya”da bu rekorda  çatdı - "Real"dan sonra
11 sentyabr 2026 16:54 (UTC +04:00)

“Bavariya”da bu rekorda çatdı - "Real"dan sonra

0

“Bavariya” Çempionlar Liqasının ümumi mərhələsinin I turunda “Budö-Qlimt”i darmadağın edib.

Lent.az xəbər verir ki, Münhendə “Arena Münhen” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı Camal Musiala açıb. Bu qol “Bavariya”nın Avropa Çempionlar Kuboku və Çempionlar Liqasında çıxışları tarixində vurduğu 900-cü qol olub.

Beləliklə, Münhen klubu turnirin tarixində bu göstəriciyə çatan cəmi ikinci komanda olub.

Qol sayına görə lider “Real Madrid”dir. İspaniya təmsilçisi turnirdə indiyədək 1139 dəfə fərqlənib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ümumi mərhələnin II turunda “Bavariya” oktyabrın 13-də Norveçin “Vikinq” klubu ilə qarşılaşacaq. “Budö-Qlimt” isə oktyabrın 14-də Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar