7 dəfə ərə gedən  Seda Sayandan evlənənlərə MƏSLƏHƏT:  "Məni dinləyəcəksiniz"
11 sentyabr 2026 17:09 (UTC +04:00)

7 dəfə ərə gedən Seda Sayandan evlənənlərə MƏSLƏHƏT: "Məni dinləyəcəksiniz"

0

Türkiyəli müğənni və aparıcı Seda Sayan 7 dəfə ailə qurması ilə bağlı səsləndirilən tənqidlərə cavab verib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, sənətçi Türkiyə Pərakəndəçilər Federasiyasının Haliç Konqres Mərkəzində təşkil etdiyi “Pərakəndə Zirvəsi 2026” tədbirində evliliklə bağlı verdiyi məsləhətlərin tənqid olunmasına münasibət bildirib.

“Evlilik 7 oldu, çox şükür. Münasibətlərdən danışıram, tənqidlərə baxıram, deyirlər ki, 7 dəfə evlənən qadın nə bilər, hansı məsləhəti verə bilər? Əslində 7 dəfə evlənəni dinləyəcəksiniz. Əsl məni dinləyəcəksiniz”, - Seda Sayan bildirib.

Seda Sayan tədbirdə uğur hekayəsindən də danışıb. O bildirib ki, uşaqlıq illərində müəllimi onu radio imtahanlarına aparıb, daha sonra isə toylarda mahnı oxumağa başlayıb.

“Aktrisalıq heç ağlımda yox idi. Həmişə mahnı oxumaq vardı. Toylardan başladım”, - sənətçi qeyd edib.

Seda Sayan uğurun ilk növbədə xəyal qurmaqdan başladığını bildirib. Onun sözlərinə görə, insan özünə inanmalı, dürüst və səmimi olmalıdır.

Televiziya karyerasından da danışan sənətçi 35 il canlı yayım apardığını vurğulayıb. O, əvvəllər səmimiliyinin süni olduğu barədə tənqidlər eşitdiyini, lakin illər keçdikcə bunun əksini sübut etdiyini deyib.

Sayan münasibətlərdə qadınlara qarşı manipulyasiya və psixoloji təzyiq məsələsinə də toxunub. O bildirib ki, güclü qadınlar da belə hallarla üzləşə bilir.

“Şiddət qurbanı olan çoxlu akademik karyerası qadın tanıyıram. Deyə bilmirlər, utanırlar. Məncə, onlar yox, bunu edənlər utanmalıdır. Heç nəyi ört-basdır etməyin. Örtdükcə hər şey içimizdə yığılır”, - Seda Sayan əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar