Dünyada sahili olmayan yeganə dəniz
31 avqust 2026 15:43 (UTC +04:00)

Dünyada sahili olmayan yeganə dəniz

0

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır.

Lent.az xəbər verir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir.

Ona ən yaxın quru nöqtələrindən biri Bermuda adalarıdır. Buna baxmayaraq, adalara səfər edən insanların əksəriyyəti yaxınlıqda belə unikal dənizin olduğunu bilmir.

Sarqasso dənizinin əsas xüsusiyyəti onun heç bir materik və ya adanın sahilinə toxunmamasıdır. Dənizin qərb sərhədini Qolfstrim, şimalını Şimali Atlantika axını, şərqini Kanar axını, cənubunu isə Şimali Ekvatorial axın müəyyən edir.

Dənizin ümumi sahəsinin təxminən 3 milyon kvadratkilometr olduğu bildirilir. Onun eni 1100 kilometrə, uzunluğu isə 3200 kilometrə qədər çatır. Orta dərinliyi bəzi ərazilərdə 5 min metrə yaxınlaşır.

Sarqasso dənizində səth sularının temperaturu 18-28 dərəcə arasında dəyişir. Suyun yüksək şəffaflığı ilə seçildiyi, bəzi ərazilərdə görünüş məsafəsinin 61 metrə qədər çatdığı qeyd olunur.

Əsrlər boyu dənizçilərin qorxduğu ərazi

Sarqasso dənizi əsrlər boyu dənizçilər arasında sirli və qorxulu ərazi kimi tanınıb. Bunun əsas səbəblərindən biri burada su səthinin çox sakit olması və uzunmüddətli küləksiz havaların müşahidə edilməsidir.

1492-ci ildə Xristofor Kolumb bu ərazidən keçərkən onun heyətinin də narahatlıq keçirdiyi bildirilir. Dənizçilər küləyin olmaması səbəbindən gəmilərinin açıq okeanda hərəkətsiz qalacağından qorxublar.

Müasir dövrdə isə vaxtilə dənizçiləri qorxudan həmin sakitlik səyahət edənlər üçün üstünlük hesab olunur. Sarqasso dənizindən keçən gəmilərin sərnişinləri adətən böyük dalğalarla deyil, sakit okean səthi ilə qarşılaşırlar.

Sarqasso dənizi Yer kürəsinin ən fərqli təbii ərazilərindən biri hesab olunur. Buraya avtomobillə getmək, sahilində dayanmaq və ya limanına yan almaq mümkün deyil. Bu dənizi yalnız okean səyahəti zamanı keçmək mümkündü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar