Dünyada sutkalıq koronavirusa yoluxma və ölüm sayında ARTIM QEYDƏ ALINDI
03 aprel 2021 05:33 (UTC +04:00)

Dünyada sutkalıq koronavirusa yoluxma və ölüm sayında ARTIM QEYDƏ ALINDI

Dünyada son sutka ərzində 659 917 nəfər koronavirusa yoluxub, 11 626 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 129 215 179 yoluxma hadisəsi, 2 820 098 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (275 728) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (220 277) ilə Cənub-Şərqi Asiya (94 908) bölüşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Oxşar yazılar