Dünyanı təhdid edən beş yeni müharibə  OCAĞI
26 avqust 2025 18:18 (UTC +04:00)

Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI

Ekspertlər yaxın gələcəkdə alovlana biləcək qlobal münaqişələr barədə danışıblar.

Lent.az xəbər verir ki, “Politico” nəşri beş potensial hərbi ocağı ayırd edib.

Hindistan və Pakistan. Jurnalistlər qeyd edirlər ki, məhz bu iki ölkə nüvə müharibəsi riskinə ən çox yaxınlaşan tərəflərdir. Xüsusi narahatlıq doğuran məqam odur ki, ekspertlərin məlumatına görə, Pakistan strategiyası Hindistana qarşı nüvə silahından istifadəyə olduqca aşağı hədd nəzərdə tutur. Hər iki tərəfin daxili siyasi qeyri-sabitliyi və tam dəqiqləşdirilməmiş hərbi doktrinaları elə bir vəziyyət yaradır ki, hətta məhdud qarşıdurma belə bir neçə gün ərzində nüvə arsenalından istifadə ilə müşayiət olunan genişmiqyaslı hücumlar seriyasına çevrilə bilər.

Çin və Tayvan. Məqalədə bildirilir ki, ÇXR sədri Si Cinpin ordunun qarşısına 2027-ci ilə qədər Tayvana mümkün müdaxiləyə hazır olmaq vəzifəsini qoyub. Qeyd olunur ki, Pekin amfibiya qüvvələrini fəal şəkildə gücləndirir və müntəzəm olaraq genişmiqyaslı təlimlər keçirir. Si üçün Tayvan tarixi missiyanın bir hissəsi sayılır və o, hakimiyyətinin sonuna qədər Çinin taleyini dəyişən lider obrazını möhkəmləndirmək üçün bu vəzifəni yerinə yetirmək niyyətindədir.

Baltikyanı ölkələr və Rusiya.Politico” xatırladır ki, Vladimir Putin Gürcüstan, Moldova, Ukrayna və Baltikyanı dövlətlər üzərində nəzarəti qaytarmaqla dəfələrlə SSRİ-ni bərpa etmək niyyətini dilə gətirib. Bundan əlavə, Rusiya lideri Qərb ittifaqlar sistemini dağıtmağa çalışır, çünki onun fikrincə, bu, RF-nin zəifləməsinin səbəbidir. Müəlliflərin fikrincə, bu məqsədə ən tez yol NATO-nun acizliyini göstərməkdən ibarət ola və bunun üçün yeni bir aqressiya Baltikyanı ölkələrə qarşı yönələ bilər.

Hindistan və Çin. Sərhəddə vəziyyət o qədər gərgindir ki, hər iki ölkənin hərbçilərinə hətta atəşli silah gəzdirmək belə qadağan olunub. Effektiv sazişlərin, tənzimləmə mexanizmlərinin və birbaşa dialoq kanallarının olmaması qəfil eskalasiya riskini artırır.

Koreya yarımadası. Materialda vurğulanır ki, hakimiyyətinə təhdid yaranacağı halda Kim Çen In hərbi ssenariyə əl ata bilər. Münaqişə riski başqa bölgədə müharibə başlasa da, yüksəlir məsələn, Çinin Tayvana müdaxiləsi zamanı. Bu isə zəncirvari reaksiya doğuraraq Koreya yarımadasında toqquşmaya gətirib çıxara bilər.

Bununla yanaşı, “Politico” qeyd edir ki, belə ssenarilərin inkişafını ləngidən və onları daha az ehtimal olunan edən bir sıra amillər də mövcuddur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar