Dünyanın ən məxfi arxivi açıldı
24 iyun 2022 04:26 (UTC +04:00)

Dünyanın ən məxfi arxivi açıldı

Vatikan rəhbərliyinin qərarı ilə Papa XII Piy (1939-1958) dövrünə aid minlərlə sənəd elektron formatda yayılıb.

Lent.az “Figaro”ya istinadla xəbər verir ki, ictimaiyyətə açıqlanan sənədlərin əksər hissəsini yəhuidilərin Papaya İkinci Dünya müharibəsi yazdığı məktublar təşkil edir.  

Ümumilikdə Müqəddəs Taxt-Tacın rəsmi saytına ötən gün 170 fonddan götürülmüş 40 000 sənəd yüklənib.  Vatikan sözügedən fondları hələ mart ayında tarixçilər üçün açmışdı.

Avropanın müxtəlif ölkələrindən yazılan məktubların mövzusu müxtəlifdir: insanlar Papadan əsasən sığınacaq, viza və ya pasport üçün kömək istəyiblər. 
 
 

# 2004
avatar

Oxşar yazılar