Dünyanın ən quraq səhrasına qar yağdı
27 iyun 2025 05:59 (UTC +04:00)

Dünyanın ən quraq səhrasına qar yağdı

Dünyanın ən quraq bölgəsi hesab olunan Aтакама səhrasına qar yağıb.

Lent.az xəbər verir ki, bu barədə həmin ərazidə yerləşən ALMA rəsədxanasının "X" hesabında paylaşım edilib.

"Ən quraq səhrada - Atakama səhrasında qar yağıb", – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bu cür intensiv qar yağıntısı bölgədə sonuncu dəfə 10 il əvvəl müşahidə olunub.

Atakama səhrası Çilinin şimalında, yüksək dağlıq ərazidə yerləşir. Səhrada yağıntının son dərəcə az olması onu astronomik müşahidələr və rəsədxanaların qurulması üçün ideal məkana çevirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar