Ebola can almağa davam edir: 80-dən çox insan öldü
18 may 2026 07:11 (UTC +04:00)

Ebola can almağa davam edir: 80-dən çox insan öldü

0

Konqo Demokratik Respublikasının şimal-şərqindəki İturi əyalətində Ebola virusunun yayılması nəticəsində 80-dən çox insan ölüb.

Lent.az xəbər verir ki, bu barədə Okapi radiosu yerli mənbələrə istinadən məlumat verib.

"İturi əyalətindəki Bunia və Monqvalu arasındakı ərazidə Ebola virusu barədə məlumatsızlıq səbəbilə artıq 80-dən çox insan ölüb", - məlumatda deyilir.

Ölüm hallarının bölgəyə gələn bir çox sakinin və qonaqların təhlükəsizlik tədbirlərinə əməl etməməsindən, maskalara və dezinfeksiyaedici vasitələrə laqeyd yanaşmasından qaynaqlandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar