Elbrusda itkin düşən 11 yaşlı uşağın  meyiti tapıldı
20 iyul 2026 04:45 (UTC +04:00)

Elbrusda itkin düşən 11 yaşlı uşağın meyiti tapıldı

0

Elbrus dağında itkin düşən 11 yaşlı uşağın meyiti və xəsarət almış atası tapılıb.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar dağın şərq yamacında, təxminən 4,2 min metr yüksəklikdə aşkar ediliblər.

Havanın qaralması və əlverişsiz hava şəraiti səbəbindən təxliyə əməliyyatı iyulun 20-nə təxirə salınıb.

Xəsarət alan şəxsin və həlak olan uşağın helikopterlə təxliyəsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 934

Oxşar yazılar