ABŞ-ın Nyu-Meksiko ştatının hüquq-mühafizə orqanları əvvəllər qalmaqallı maliyyəçi Ceffri Epşteynə məxsus olmuş fermanın ərazisində axtarışlara başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırma ötən həftə yenidən başladılıb. Prokurorların sözlərinə görə, əvvəllər məxfi saxlanılan FTB sənədlərində ortaya çıxan yeni məlumatlar əlavə araşdırma aparılmasını tələb edir.
Ferma Nyu-Meksiko ştatının paytaxtı Santa-Fedən təxminən 50 km cənubda yerləşir. İş ilk dəfə 2019-cu ildə Nyu-York federal prokurorlarının müraciəti əsasında bağlanıb.
2025-ci ilin yanvarında isə Nyu-Meksiko qanunvericiləri xüsusi komissiya yaradaraq araşdırmanın yenidən aparılmasına qərar veriblər. Məqsəd fermanın cinsi zorakılıq və insan alveri fəaliyyətinə yardım üçün istifadə edilib-edilmədiyini müəyyənləşdirməkdir. İddialara görə, Epşteyn öz şəxsi təyyarəsi ilə yetkinlik yaşına çatmayan qızları həmin əraziyə aparıb.