Epşteynin mal varlığı açıqlandı - MÜLKLƏR, TƏYYARƏLƏR, VERTOLYOTLAR.......
07 fevral 2026 08:44 (UTC +04:00)

Epşteynin mal varlığı açıqlandı - MÜLKLƏR, TƏYYARƏLƏR, VERTOLYOTLAR.......

0

Maliyyə dünyasının ən qaranlıq fiqurlarından biri olan Ceffri Epşteynin 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada kamerasında şübhəli ölümü təkcə cavabsız sualları deyil, həm də geniş və mürəkkəb hüquqi labirint miras qoyub.

Lent.az xəbər verir ki, Epşteynin ölümündən cəmi iki gün əvvəl imzalanmış vəsiyyətnaməsinin və əlaqəli maliyyə hesabatlarının sızması onun aktivlərini üzə çıxarıb.

Epşteyn ölümündən sonra bunları qoyub:

1. 56,5 milyon nağd pul.

2. 112,6 milyon dollarlıq səhm.

3. Manhettendə dəyəri 56 milyon dollarlıq 7 mərtəbəli, 40 otaqlı köşk. (Mərkəzi Parkın qarşısında).

4. Palm Biçdə (Florida) 22 milyon dollarlıq 6 yataq otaqlı əsas ev, işçilər üçün yaşayış yeri və hovuz evi. Göl mənzərəsi.

5. 63.8 milyon dollarlıq Kiçik Sent-Ceyms adası (ABŞ Virgin Adaları).

6. 22,4 milyon dollarlıq Great Ssnt-Ceyms adası (ABŞ Virgin Adaları). Adada əsas kompleks, vertolyot meydançası, hovuzlar, məbədə bənzər bir tikili və işçilər üçün ev var.

7. 27 milyon dollarlıq Zorro ferması (Meksika). 7500 akr ərazidə nəhəng bir mülk. 2500 kvadrat metrlik əsas ev, şəxsi vertolyot meydançası və anqar, yanğınsöndürmə stansiyası.

8. Parisdə 8.6 milyon dollarlıq mənzil. Bir neçə mənzilin birləşməsi (təxminən 800 kvadrat metr).

9. Gulfstream G550 uzaq mənzilli, ultra-lüks biznes təyyarəsi, Gulfstream IV uzun mənzilli təyyarə, Boening 727 təyyarəsi,

10. Sikorsky S-76C və Bell 407 vertolyotları.

11. 2018-ci ilin istehsalı olan “MERCEDES-MAYBACH”, 2014-cü ilin istehsalı olan “CADILLAC ESCALADE”, 2007-ci ilin istehsalı olan “RANGE ROVER”, çoxlu sayda “CHEVROLET SUBURBAN”,  “BENTLEY”, “FORD F-350” avtomobilləri.

12. Bərə, qayıq və katerlər.

13. müxtəlif ölkələrə aid pasportlar.

14. Şəxsi kapital investisiyaları və səhmlər – 180 milyon dollar.

Beləliklə Epşteynin qoyub getdiyi əmlakın ümumi dəyəri təxminən 600 milyon dollar edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar