“Ermənistan” fraksiyasından olan deputat Artur Sarkisyan həbs edilib.
Lent.az-ın Ermənistan KİV-nə istinadla xəbərinə görə, bu barədə qərarı İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan verib.
Beləliklə, deputat iki ay müddətində həbs qalacaq.
Bundan əvvəl parlament deputat Artur Sarkisyanın “Müqəddəs mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı vəsatəti təmin edib və onun azadlıqdan məhrum edilməsi ilə bağlı hərəkətlərə icazə verib. Eyni zamanda, baş prokuror Anna Vardapetyan qeyd edib ki, o, deputatın həbsinə israrlı deyil.