Evdə qumbara partladıb  özünü öldürdü
03 may 2025 17:53 (UTC +04:00)

Evdə qumbara partladıb özünü öldürdü

Ukraynanın Transkarpatiya vilayətində evdə qumbara partlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mukaçevo rayonu, Rakoşino kəndində fərdi evdə baş verib. qumbaranın partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Araşdırma zamanı 54 yaşlı və 50 yaşlı yerli sakinin evdə spirtli içki qəbul etdiyi məlum olub.

Sursatla ehtiyatsız davranarkən 50 yaşlı kişi qumbaraatandan tətiyi çıxarıb, ardınca partlayış baş verib. Partlayış nəticəsində o, hadisə yerində ölüb, 54 yaşlı dostu isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar