FTB Direktoru qurumun qərargahının bağlandığını  açıqladı
27 dekabr 2025 06:58 (UTC +04:00)

FTB Direktoru qurumun qərargahının bağlandığını açıqladı

0

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel agentliyin qərargahının bağlandığını və agentliyin başqa bir binaya köçdüyünü elan edib.

Lent.az xəbər verir ki, Patel bu barədə öz “X” hesabında məlumat verib.

"20 ildən çox uğursuz cəhdlərdən sonra, FTB-nin Huver binasındakı qərargahını birdəfəlik bağlamaq və işçilərimizi təhlükəsiz, müasir bir müəssisəyə köçürmək planını yekunlaşdırdıq", - o yazıb.

Onun sözlərinə görə, qərargah bir neçə məhəllə aralıda yerləşən Ronald Reyqan binasına köçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar