"Ulduzların yaşı yoxdur" deyən Bülent Ersoyu  əməliyyatdan sonra heç kim tanımadı
13 avqust 2026 13:06 (UTC +04:00)

"Ulduzların yaşı yoxdur" deyən Bülent Ersoyu əməliyyatdan sonra heç kim tanımadı

0

Türkiyənin məşhur sənətçisi, “Diva” ləqəbli Bülent Ersoy estetik əməliyyatdan sonra ilk dəfə yeni görünüşü ilə kamera qarşısına keçib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 74 yaşlı sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında xəstəxana otağından foto paylaşaraq estetik əməliyyat keçirdiyini açıqlayıb.

Starların yaşı yoktur deyip estetik olmuştu! 74 yaşındaki Bülent Ersoy’un son hali ortaya çıktı…

Uzun illər üzünə heç bir estetik müdaxilə etdirmədiyini deyən sənətçi əməliyyatdan sonra nəticədən razı qaldığını vurğulayıb.

“Biz ulduzların yaşı yoxdur. Amma yaş almaq da reallıqdır. İllərdir estetik mənim üçün uzaq bir anlayış idi. Bəlkə inanmayacaqsınız, amma uzun illərdir heç botoks belə etdirməmişdim. Özümü həkimimə etibar etdim və əldə etdiyim nəticənin sevincini sizinlə bölüşürəm”, – deyə Bülent Ersoy bildirib.

Starların yaşı yoktur deyip estetik olmuştu! 74 yaşındaki Bülent Ersoy’un son hali ortaya çıktı…

O, daha sonra səhnədə tamaşaçılara üzündəki dəyişikləri bəyənirlərmi?, deyə, sual ünvanlayıb. İzləyicilərdən müsbət cavab alan sənətçi təşəkkür edərək gülüb.

Ersoy estetik əməliyyat etdirmək qərarına gəlməsində Seda Sayan və Safiye Soymanın təsirinin olduğunu da açıqlayıb.

Starların yaşı yoktur deyip estetik olmuştu! 74 yaşındaki Bülent Ersoy’un son hali ortaya çıktı…

Qeyd edək ki, onun üz və alın gərmə əməliyyatı keçirdiyi bildirilir.

Bülent Ersoy gələcəkdə də yeni estetik prosedurlar etdirməyi planlaşdırdığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar