Ermənistan hərbçisi Edqar Zakaryan hərbi hissələrdən birində ölü tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb. Araşdırma aparılır.
Bu, son bir ay ərzində Ermənistanda sülh şəraitində hərbçi ölümü ilə bağlı ikinci hadisədir. İyul ayında müddətli həqiqi hərbi xidmət hərbçisi Narek Torosyanın öldüyü barədə məlumat yayılmışdı.