“Google Maps”in səhvinə görə adam öldü
22 sentyabr 2023 13:22 (UTC +04:00)

“Google Maps”in səhvinə görə adam öldü

Amerikada bir kişi telefonun xəritə tətbiqinin səhvinə görə dünyasını dəyişib. 

Lent.az “BBC News”a istinadən xəbər verir ki,  mərhumun qohumları texnologiya nəhəngini məhkəməyə veriblər. 

Faciə 2022-ci ilin sentyabrında Şimali Karolina ştatının Hikori şəhərində baş verib. 

İki uşağı olan Paxson adlı kişi, qızının 9 yaşını dostları ilə qeyd etdikdən sonra evə qayıtmağa çalışıb. Bu zaman yerli yolları bilmədiyi üçün Paxson “google” xəritədən istifadə edib. Ancaq xəritə sürücünü yanlış istiqamətə apararaq, qəzalı körpüdən keçməyə vadar edib. Bu zaman körpü uçub və adam gölə düşüb. Paxson suda boğularaq həyatını itirib. 

Qeyd edilir ki, yerli əhali dəfələrlə “Google” şirkəti ilə əlaqə saxlayıb və  2013-cü ildə körpünün uçması ilə bağlı xəbərdarlıq edərək, onlayn xəritələrdə dəyişikliklər etməyi tələb edib. 

Şirkət iddiaları araşdırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Sevinc Fərid

Oxşar yazılar