Gözəllik salonunda qumbara partladı - Altı nəfər yaralandı
06 fevral 2026 22:54 (UTC +04:00)

Gözəllik salonunda qumbara partladı - Altı nəfər yaralandı

1

Fransanın cənub-şərqindəki Qrenobl şəhərindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə cümə günü “ici” radiosu məlumat yayıb.

"Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir.

Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb.

Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 348

Oxşar yazılar