Gürcüstanda azərbaycanlıların toyunda  DAVA: tamadanı maşınla əzib öldürdülər - YENİLƏNİB
07 yanvar 2026 11:54 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların toyunda DAVA: tamadanı maşınla əzib öldürdülər - YENİLƏNİB

1

Gürcüstanda azərbaycanlıların toyunda dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində toy zamanı baş verib.

Toyda tamadalıq edən Fail Əliyevlə mərasim iştirakçısı Aydın Məmmədov arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Sonradan Aydın Məmmədovun övladları tamadanın evinə gedərək orada qarşıdurmaya səbəb olublar. Hadisə zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb. Yaralı şəxslər avtomobili Fail Əliyevin üzərinə sürüblər nəticədə o, hadisə yerində həyatını itirib.

Yaralılar Rustavidəki klinikalara yerləşdiriliblər. Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başladıb.

Nazirlikdən bildirilib ki, insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə məsuliyyətə cəlb edilib.

Məlumata əsasən, saxlanılan 26 və 31 yaşlı şəxslər qəsdən adam öldürməyə cəhddə, başqasının əmlakına zorla qəsd etmə və iki və ya daha çox şəxsə qarşı qrup şəklində zorakılıqda ittiham olunurlar.

***
6 yanvar, saat: 21:48

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kəndində keçirilən toy mərasimində mübahisə yaşanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanvarın 5-də axşam saatlarında baş vermiş insident bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.

Yerli actual.ge saytının məlumatına əsasən, məclisdə yaranan mübahisə daha sonra toydan kənar yerlərdə davam edib. Fiziki qarşıdurma zamanı orta yaşlı Fail Əliyev adlı şəxsin üzərinə avtomobil sürülüb və o, hadisə yerində ölüb.

Hadisə zamanı bıçaq yaraları alanlar Rustavi şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaqın aparıldığı bildirilib.

Yayılan məlumatlara əsasən, Fail Əliyev mübahisənin düşdüyü toyun tamadası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4008

Oxşar yazılar