Əfsanəsi boksçu Mayk Tayson qeyri-adi bir hərracda xeyli pul qazanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Goldin firmasının məlumatına görə, Tayson “Instagram”da bir azarkeşi izlədiyinə görə 3304 dollar qazanıb.
Hərracda qalib gələn fanat Taysonun 300-cü abunəsi olub.
Taysonun 2026-cı ildə Floyd Meyvezerə qarşı nümayiş döyüşündə döyüşəcəyi gözlənilir.