Helikopter qəzaya uğradı,  6 nəfər öldü
23 iyun 2022 07:22 (UTC +04:00)

Helikopter qəzaya uğradı, 6 nəfər öldü

ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində “Bell UH-1B” tipli helikopter qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə yerli WYMT telekanalı məlumat yayıb.

Bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb.

Hadisə ilə əlaqədar magistral yol bağlanıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

# 1368
avatar

Oxşar yazılar